EN

Məmmədlidə sərnişin avtobuslar yandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Bu barədə FHN-dən bildirilib.

 

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ərazidə park edilmiş istismara yararsız avtobuslarda baş vermiş yanğın yayılmasına, o cümlədən digər avtobuslara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində 35 ədəd istismara yararsız avtobusun 4 ədədi yanıb.

 

Digər avtobuslar yanğından mühafizə olunub.

 

Tarix: 18 Noyabr 2025, 20:19   
Chosen
18
23
pravda.az

10Sources