AZ

Abşeronda yararsız avtobuslar yandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ərazidə park edilmiş istismara yararsız avtobuslarda baş vermiş yanğın yayılmasına, o cümlədən digər avtobuslara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 35 ədəd istismara yararsız avtobusun 4 ədədi yanıb.

Digər avtobuslar yanğından mühafizə olunub.

"Cebheinfo.az"

 

Seçilən
11
23
cebheinfo.az

10Mənbələr