EN

İspaniya Ukraynaya 615 milyonluq hərbi yardım ayırır

ain.az, Axar.az portalına istinadən məlumat verir.

İspaniya hökuməti Ukrayna üçün 615 milyon avro dəyərində yeni hərbi yardım paketi ayırmaq niyyətindədir.

Axar.az xəbər verir ki, bunu İspaniya Baş naziri Pedro Sançes Madriddə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdən sonra keçirilən mətbuat konfransında açıqlayıb.

"İspaniya Ukrayna üçün 615 milyon avro dəyərində yeni hərbi dəstək paketi səfərbər etmək niyyətindədir. Bu paket çərçivəsində təxminən 300 milyon avro dəyərində yeni müdafiə avadanlıqlarının çatdırılması nəzərdə tutulur", - Sançes bildirib.

O, həmçinin Ukraynanın yenidən qurulması üçün təxminən 200 milyon avro ayrılacağını da vəd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
1
axar.az

2Sources