EN

318 milyon insan aclıqla üzləşəcək - BMT

2026-cı ildə təxminən 318 milyon insan aclıq böhranı ilə üzləşəcək.

Aktual.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının 2026-cı il üçün proqnozlarında qeyd olunub.

Məlumatda çatışmazlıqlar, münaqişələr, iqlim şokları və humanitar yardımların maliyyələşdirilməsində ciddi boşluqlar kimi əsas risk mənbələri xüsusilə vurğulanır.

Ümumdünya Ərzaq Proqramı eyni zamanda 2026-cı ildə humanitar ehtiyacların qarşılanması üçün 13 milyard ABŞ dolları tələb edildiyini, lakin bu məbləğin yalnız yarısının toplanmasının gözlənildiyini qeyd edib.

Chosen
4
5
ulusum.az

8Sources