AZ

2026-cı ildə təxminən 318 milyon insan aclıqla üzləşəcək

2026-cı ildə təxminən 318 milyon insan aclıq böhranı ilə üzləşəcək


Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının 2026-cı il üçün proqnozlarında qeyd olunub.

Məlumatda çatışmaz­lıqlar, münaqişələr, iqlim şokları və humanitar yardımların maliyyələşdirilməsində ciddi boşluqlar kimi əsas risk mənbələri xüsusilə vurğulanır.

Ümumdünya Ərzaq Proqramı eyni zamanda 2026-cı ildə humanitar ehtiyacların qarşılanması üçün 13 milyard ABŞ dolları tələb edildiyini, lakin bu məbləğin yalnız yarısının toplanmasının gözlənildiyini qeyd edib.

Seçilən
17
1
manset.az

2Mənbələr