EN

2018-ci illə müqayisədə cari ildə qeyri-neft-qaz gəlirləri 2,2 dəfə artıb

Bakı. Trend:

2019-2024-cü illərdə qeyri-neft-qaz ixracı 2 dəfə böyüyərək 3,4mlrd. ABŞ dolları olmuş, ixrac olunan əmtəə sayı 15% artaraq 2810-açatmışdır. Neft-qaz qiymətlərinin və hasilatın azalmasınabaxmayaraq, 2022-ci ildən etibarən ölkənin xarici ticarətdövriyyəsi təqribən 50 mlrd. ABŞ dolları səviyyəsindəsabitləşmişdir.

Trend xəbərverir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisinbugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı ildövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanıdeyib.

Nazir bildirib ki, 2022-2024-cü illərdə xarici ticarətbalansında isə ARDNF-in qızıl idxalı istisna olmaqla orta illikhesabla 16 mlrd. ABŞ dolları məbləğində müsbət saldo olmuşdur.Qeyri-neft-qaz xidmətləri ixracı isə 45%-dək artaraq 6,5 mlrd. ABŞdollarını ötmüşdür.

2018-ci ilin faktiki göstəricisi ilə müqayisədə 2025-ci ilintəsdiq edilmiş dövlət büdcəsinin gəlirləri 1,7 dəfə, o cümlədənqeyri-neft-qaz gəlirləri 2,2 dəfə artmışdır. Qeyri-neft-qaz vergidaxilolmaları isə dövr ərzində 2,3 dəfə artmışdır. Qeyri-neft-qazgəlirlərinin büdcədə payı 2018-ci ildəki 40,5%-dən 2025-ci ilintəsdiq edilmiş büdcəsində 52%-ə yüksəlmişdir. 2026-cı ilin büdcəlayihəsində isə bu göstərici 57% nəzərdə tutulub.

Chosen
41
5
az.trend.az

10Sources