Bakı. Trend:
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərənBalıqçılıq və Akvakultura Mərkəzinin rəhbər heyəti iri pərakəndəsatış şəbəkələrinin balıq məhsullarına məsul nümayəndələri iləgörüşüb.
Trend xəbərverir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə ölkəmizdə balıq məhsullarınınistehlakının artırılması, yerli akvakulturanın inkişafı vəistehsalçıların dəstəklənməsi istiqamətində mövcud vəziyyət vəgələcək addımları müzakirə olunub.
Tədbir çərçivəsində yerli balıqçılıq və akvakulturatəsərrüfatlarının inkişaf prioritetləri, balıq istehsalçılarınatəqdim olunan dövlət dəstək mexanizmlərinin layihələri, yerli balıqməhsulları üçün ƏDV-dən azad olma, pərakəndə satış şəbəkələrindəqida təhlükəsizliyi və gigiyena standartlarının təkmilləşdirilməsi,eləcə də yerli istehsalçılar ilə pərakəndə şəbəkələr arasındabirbaşa əməkdaşlığın gücləndirilməsi istiqamətində geniş fikirmübadiləsi aparılıb.
Görüşün sonunda tərəflər ölkədə balıq istehlakının artırılmasıməqsədilə balıq məhsullarının istehsal və satış zəncirindəqarşılıqlı əməkdaşlığın artırılması, yerli istehsalın dəstəklənməsivə ölkədə balıq məhsullarına olan tələbatın yüksəldilməsi üçünbirgə fəaliyyətə hazır olduqlarını ifadə ediblər.