AZ

Yerli balıq məhsullarının ƏDV-dən azad olması müzakirə edilib

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Balıqçılıq və Akvakultura Mərkəzinin rəhbər heyəti iri pərakəndə satış şəbəkələrinin balıq məhsullarına məsul nümayəndələri ilə görüşüb.

Marja xəbər verir ki, görüşdə ölkəmizdə balıq məhsullarının istehlakının artırılması, yerli akvakulturanın inkişafı və istehsalçıların dəstəklənməsi istiqamətində mövcud vəziyyət və gələcək addımları müzakirə olunub.

Tədbir çərçivəsində yerli balıqçılıq və akvakultura təsərrüfatlarının inkişaf prioritetləri, balıq istehsalçılarına təqdim olunan dövlət dəstək mexanizmlərinin layihələri, yerli balıq məhsulları üçün ƏDV-dən azad olma, pərakəndə satış şəbəkələrində qida təhlükəsizliyi və gigiyena standartlarının təkmilləşdirilməsi, eləcə də yerli istehsalçılar ilə pərakəndə şəbəkələr arasında birbaşa əməkdaşlığın gücləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda tərəflər ölkədə balıq istehlakının artırılması məqsədilə balıq məhsullarının istehsal və satış zəncirində qarşılıqlı əməkdaşlığın artırılması, yerli istehsalın dəstəklənməsi və ölkədə balıq məhsullarına olan tələbatın yüksəldilməsi üçün birgə fəaliyyətə hazır olduqlarını ifadə ediblər.

 

Balıqçılıq və Akvakultura Mərkəzi Kənd Təsərrüfatı Nazirliyi balıq məhsulları yerli akvakultura istehsalçıların dəstəklənməsi balıq istehsalı pərakəndə satış şəbəkələri ƏDV-dən azad qida təhlükəsizliyi gigiyena standartları yerli istehsal əməkdaşlıq balıq istehlakının artırılması istehsal və satış zənciri birgə fəaliyyət balıq məhsulları bazarı akvakultura təsərrüfatları dövlət dəstək mexanizmləri
Seçilən
19
10
marja.az

10Mənbələr