Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) VI İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib.

Offsideplus.az xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən turnirdə güləşçimiz əvvəlcə Məhəmməd Qabrı (Misir), yarımfinalda isə türkiyəli Beytullah Kayısdağı məğlub edib - 5:1.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.