EN

Güləşçimiz finala yüksəldi - İslamiada

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda 6-cı İslam Həmrəyliyi Oyunları davam edir.

"Football-plus.az" xəbər verir ki, yunan-Roma güləşçimiz Murad Əhmədiyev (97 kq) turnirdə finala çıxıb.

O, ilk görüşündə Məhəmməd Qabrı (Misir) 8:0 hesabı ilə məğlub edib.

Murad Əhmədiyev yarımfinalda isə Beytullah Kayısdağdan (Türkiyə) üstün olub - 5:1.

Chosen
17
7
football-plus.az

9Sources