EN

Qeyri neft qaz özəl sektorda əmək haqları mərhələli şəkildə vergiyə cəlb ediləcək

Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.

Qeyri-neft-qaz özəl sektorda əmək haqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsinə dair təklif verilib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi iqtisadiyyat naziri Mikayıl Cabbarov 2026-cı ilin büdcə zərfinin müzakirəsində deyib.

Nazir bildirib ki, 1 yanvar 2019-cu il ilə müqayisədə 1 noyabr 2025-ci il tarixinə ölkədə aktiv vergi ödəyicilərinin sayı 2 dəfə artaraq 845 mini ötüb: "Aşağı gəlirlərə aşağı vergi dərəcəsi tətbiq olunacaq. Qeyri-neft-qaz özəl sektorda əmək haqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsinə dair təklif verilib. Belə ki, 2500 manatadək əmək haqları 2028-ci ildə hətta 7% dərəcə ilə vergiyə cəlb olunsa belə, bu güzəştin tamamilə ləğv olunduğu təqdirdə tətbiq olunmalı 14% dərəcə ilə müqayisədə yenə də iki dəfə aşağıdır".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
25
17
baku.ws

10Sources