"Survivor 2026 All Star"a yeni iştirakçı daxil olub.
BAKU.WS xəbər verir ki, "Best Model of Turkey"in 2-cisi Deniz Çatalbaş bu dəfə "Survivor"da iştirak edəcək.
Bununla da artıq 8-ci iştirakçının adı bəlli olub. Deniz Çatalbaşın "Survivor"da iştirakını layihə rəhbəri Acun Ilıcalı da təsdiqləyib. O bu barədə sosial şəbəkədə paylaşım edib.
Xatırladaq ki, Deniz Çatalbaşdan başqa Bayhan, Dilan Çıtak, Keremcem, Mert Nobre, Serhan Onat, Meryem Boz və Murat Arkın kimi məşhur simalar da yer alacaqlar.