EN

Güləşçimiz VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal QAZANDI

Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, idmançı finalda İran təmsilçisi Məhəmmədhadi Saraviyə 1:5 hesabı ilə uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, digər təmsilçilərimizdən Jalə Əliyeva (57 kq) qızıl, Elnura Məmmədova (50 kq) isə bürünc medal uğrunda görüşə çıxacaqlar.

Chosen
29
28
bakivaxti.az

10Sources