Bakı. Trend:
Belarus Litvadan iki sərhəd keçid məntəqəsinin açılması iləbağlı rəsmi bildiriş alıb.
Trend-inməlumatına görə, bu barədə Belarus Dövlət Sərhəd Komitəsi məlumatyayıb.
Bildirilib ki, noyabrın 20-də Minsk vaxtı ilə saat 01:00-danetibarən Litva hakimiyyəti Kamennı Loq–Medininkay vəBenyakoni–Şalçininkay sərhəd-keçid məntəqələrini yenidən açmağıplanlaşdırır.
Belarus Sərhəd Xidməti isə Belarus–Litva sərhədində insanlarınvə nəqliyyat vasitələrinin keçidinin bərpasına tam hazır olduğunuaçıqlayıb.