EN

WhatsApp-da böyük sızma: milyardlarla nömrə...

Musavat.com xəbər verir ki, WhatsApp-ın web-versiyasında aşkarlanan təhlükəsizlik boşluğu nəticəsində 3,5 milyard telefon nömrəsinin sızdığı bildirilir. Məlumatı beynəlxalq media yayıb.

Araşdırmalara görə, bu boşluq barədə şirkətə hələ 2017-ci ildən xəbərdarlıq olunmasına baxmayaraq, problem indiyə qədər tam aradan qaldırılmayıb. Zəiflik uzaqdan istifadəçilərin nömrələrini toplamağa imkan verir və bunun nəticəsində şəxsi məlumatların kütləvi şəkildə əldə olunduğu qeyd edilir.

Təhlükəsizlik mütəxəssisləri xəbərdarlıq edirlər ki, sızdırılan nömrələr spam, fişinq, sosial mühəndislik və digər hədəfli hücumlar üçün istifadə oluna bilər.

 

Musavat.com

Chosen
49
8
musavat.com

10Sources