AZ

“WhatsApp” da təhlükəsizlik böhranı 3,5 milyarddan çox nömrə ifşa olundu

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Dünyanın ən böyük mesajlaşma platformalarından olan "WhatsApp" bu dəfə tarixinin ən ciddi təhlükəsizlik qalmaqallarından biri ilə gündəmdədir. 

Vyana Universitetinin araşdırması nəticəsində tətbiqdəki kritik boşluq səbəbindən 3,5 milyarddan çox telefon nömrəsinin açıq şəkildə əldə oluna bildiyi ortaya çıxıb.

“Kişi tap” funksiyasının limitsiz istifadəsi ilə yaranan boşluq yalnız telefon nömrələrini deyil, milyonlarla istifadəçinin profil şəkillərini və status məlumatlarını da görünən edib.

Tədqiqatçılar bildiriblər ki, "WhatsApp"-da bir nömrəni kontaktlara əlavə etmək əməliyyatı limitsiz şəkildə təkrarlana bilir. Bu isə qısa müddətdə nəhəng bir məlumat bazasının formalaşmasına imkan verib.

Araşdırmada qeyd edilir ki, ilk 30 milyon ABŞ istifadəçisinin nömrəsinə cəmi yarım saata çıxış əldə olunub. Sızan nömrələrin 57%-nin profil şəkilləri, 29%-nin profil açıqlamaları da görüntülənib.

Bu hadisə dünya əhalisinin böyük bir hissəsinin şəxsi məlumatlarının təhlükəsizliyi ilə bağlı ciddi müzakirələrə səbəb olub.

Araşdırma göstərib ki, təhlükəsizlik problemi 2017-ci ildən "Meta"-nın gündəmində olsa da, şirkət illər boyunca lazımi məhdudiyyətləri tətbiq etməyib.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
5
azpolitika.info

10Mənbələr