EN

Səmərqənddə vəhşi təbiətin qorunması üzrə beynəlxalq konfrans keçiriləcək

Astana, 20 noyabr, AZƏRTAC

Noyabrın 24-də Səmərqənddə CITES (Nəsli və kökü kəsilməkdə olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiya) Tərəflərinin 20-ci Konfransı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbir dekabrın 5-dək davam edəcək və dünyanın müxtəlif yerlərindən dövlətlərin, beynəlxalq təşkilatların, elmi ictimaiyyətin və təbiəti mühafizə strukturlarının nümayəndələrini bir araya gətirəcək.

İki həftə ərzində iştirakçılar strateji və maliyyə məsələlərindən tutmuş, rəsmi CITES siyahısına daxil edilmiş növlərin ticarətinin tənzimlənməsi üzrə konkret addımlara qədər geniş məsələləri müzakirə edəcəklər. Konfransın əsas mövzuları Konvensiyanın tətbiq mexanizmlərinin təkmilləşdirilməsi, vəhşi təbiətin qanunsuz ticarəti ilə mübarizə, təbii sərvətlərdən davamlı istifadə və növlərin statusuna təsir edən yeni elmi məlumatlardır.

 
Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Chosen
139
1
azertag.az

2Sources