EN

"WhatsApp"da tarixin ən böyük məlumat sızması - Milyardlarla nömrə təhlükədə

"WhatsApp"da aşkar edilən ciddi təhlükəsizlik boşluğu nəticəsində dünya üzrə 3,5 milyard istifadəçinin telefon nömrəsi əldə edilə bilib.

Publika.az xəbər verir ki, boşluq çox sadə üsulla istismar olunaraq yarım saat ərzində milyonlarla nömrənin əldə edilməsinə imkan verib.

Mütəxəssislər bunun “tarixin ən böyük məlumat sızması” ola biləcəyini deyir.

Maraqlıdır ki, bu boşluq ilk dəfə 2017-ci ildə “Meta”ya bildirilsə də, şirkət illərdir lazımi tədbirləri görməyib.

"WhatsApp" istifadəçinin nömrəsi kontakta əlavə edilən kimi onun platformada olub-olmadığı görünür və profil məlumatları da qismən açıla bilir. Bu proses limitsiz şəkildə təkrarlana bildiyi üçün tədqiqatçılar sistemli skan apararaq, təkcə yarım saatda 30 milyon ABŞ nömrəsinə çıxış əldə ediblər.

Chosen
21
5
publika.az

10Sources