EN

Əmrah Həsənli: “Qızlarımızın təhsilinə dəstək sabahımıza verilən ən böyük töhfədir”

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli “Sosial Məsələlərin Həllinə Kömək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gələcək: Təhsil və Sosial Dəyərlər” adlı tədbirdə iştirak edib.

QHT.az xəbər verir ki, tədbir çərçivəsində qızların təhsilə cəlb olunmasına, onların sosial imkanlarının genişləndirilməsinə yönəlmiş layihələrin təqdimatı və bağlanış mərasimi keçirilib. Əmrah Həsənli bu təşəbbüslərin əhəmiyyətini vurğulayaraq bildirib:

“Xüsusilə qızlarımızın təhsilinə dəstək verən layihələrin təqdimatı və bağlanış mərasimi bu işin nə qədər dəyərli olduğunu bir daha göstərdi. Bu təşəbbüslərə imza atan Nərmin xanıma və onun fədakar komandasına gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Gənclərimiz, xüsusən də qızlarımız üçün yaradılan hər imkan sabahımıza verilən ən böyük töhfədir.”

Qeyd edək ki, tədbirin məqsədi təhsil sahəsində sosial dəyərlərin təşviqi, gənclərin, eləcə də qızların inkişafına yönəlmiş layihələrin dəstəklənməsi və bu istiqamətdə ictimai həmrəyliyin gücləndirilməsi olub.

 

Pərvanə Fərhadqızı

Chosen
24
qht.az

1Sources