EN

NBC: Tramp Ukrayna ilə bağlı 28 bəndlik yeni sülh planını təsdiqləyib

ABŞ Prezidenti Donald Tramp bu həftə Ukrayna üçün hazırlanmış yeni sülh planını təsdiqləyib.

Editor.az bu barədə NBC telekanalına istinadla xəbər verir.

Məlumata görə, sənəd Trampın xüsusi elçisi Stiv Vitkoff, dövlət katibi Marko Rubio, vitse-prezident C.D. Vens və prezidentin kürəkəni Cared Kuşner tərəfindən hazırlanıb. Plan üzərində iş zamanı Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev və Ukrayna rəsmiləri ilə də məsləhətləşmələr aparılıb.

NBC-nin mənbəsi bildirib: “Plan davamlı sülhün təmin olunması üçün hər iki tərəfə təhlükəsizlik zəmanətlərinin verilməsini nəzərdə tutur. Bu sənəd həmçinin Ukraynanın dayanıqlı sülhə nail olmaq üçün istədiyi və ehtiyac duyduğu məsələləri əhatə edir”.

Bundan əvvəl Qərb mediası ABŞ və Rusiyanın Ukraynada münaqişənin həlli istiqamətində 28 bənddən ibarət yeni plan hazırladığını yazmışdı. Sənəd dörd əsas bölmədən ibarətdir: ölkə daxilində sülh, təhlükəsizlik təminatları, Avropada təhlükəsizlik məsələləri və Vaşinqtonun Moskva və Kiyevlə gələcək münasibətləri. Eləcə də ordu naziri Daniel Driskolun rəhbərlik etdiyi ABŞ nümayəndə heyətinin Kiyevə səfər etdiyi bildirilmişdi.

Son hadisələr fonunda Ankarada keçirilməsi planlaşdırılan görüş də ləğv edilib. Belə ki, Kiyev “Rusiyaya ciddi güzəştləri” ehtiva etdiyi deyilən yeni sülh planını müzakirə etməkdən imtina etdikdən sonra Stiv Vitkoffun Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü baş tutmayıb.

//Gülnarə Abasova, Editor.az

Chosen
27
40
editor.az

10Sources