“Biz sülh istəyirik, ukraynalılar sülh istəyir, hər bir ölkənin suverenliyinə hörmət edən ədalətli sülh, gələcək təcavüzlə şübhə altına alına bilməyən davamlı sülh. Lakin sülh kapitulyasiya ola bilməz”,- fransalı nazir vurğulayıb.
Onun sözlərinə görə, Avropa Ukraynanın təslim olmasını istəmir. Asanlıqla başa düşmək olar ki, üç ildən artıq cilovlanmayan Rusiyanın təcavüzünə qəhrəmancasına müqavimət göstərən ukraynalılar təslimçiliyin istənilən formasından həmişə imtina edəcəklər.
- Biz görürük ki, bu gün sülhə mane olan Vladimir Putinin Rusiyasıdır. Sülh prinsipi təmas xətti boyunca atəşkəsdən başlamalıdır ki, bu da ərazi məsələləri və təhlükəsizlik təminatları üzrə danışıqlara imkan verəcək”,- Jan-Noel Barro iddia edib.
![]() |
| ABŞ-nin Ukrayna üzrə sülh planı| Təfərrüatlar |
“Biz Ukraynadakı vəziyyəti və ABŞ-nin yeni sülh planını müzakirə edəcəyik. Təbii ki, bu planın işləməsi və münaqişənin sona çatması üçün ukraynalılarla avropalıların razılığı lazımdır”, - xanım Kallas bildirib.
Amma Tramp prezident səlahiyyətlərinin icrasına başalmasından keçən dövr ərzində Ağ Ev administrasiyasının bu məsələdə Aropanın mövqeyi ilə get-gedə daha az maraqlandığı açıq-aşkar nəzərə çarpır.
Təsadüfi deyil ki, “Politico” nəşri ABŞ-nin Rusiya və Ukrayna arasında nizamlanma planının təfərrüatlarının Vaşinqtonun müharibəni daha tez bitirmək naminə Moskvaya “güzəştə gedə biləcəyindən” ehtiyatlanan avropalı məmurlarınarahat etdiyini yazıb.
- Ərazi güzəştlərini nəzərdə tutan addım Rusiyanın Ukraynadakı hərəkətləri üçün “təşviq” olacaq və “narahatedici presedent” yaradacaq. Planın hazırkı variantı Ukraynanın hərbi potensialını məhdudlaşdırır”,- avropalı mənbələrdən biri deyib.
Almaniyanın Xarici İşlər naziri Yohan Vadepul” isə“Bizə bu barədə məlumat verilməyib” ifadəsi ilə Berlinin narahatlığını diqqətə çatdırıb.
Sahil İsgəndərov
AzVision.az
