EN

“AzInTelecom” IX Beynəlxalq Bankçılıq Forumunda!

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC 19-20 noyabrda “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” mövzusunda keçirilən 9-cu Beynəlxalq Bankçılıq Forumunda (BBF) əsas tərəfdaş olaraq iştirak edib.

Forum məkanında “AzInTelecom”un stendi qurulub, şirkətin maliyyə sektoru üçün nəzərdə tutulmuş məhsul və xidmətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Bankların rəqəmsal inkişafını dəstəkləyən və onlara unikal üstünlüklər qazandıran innovativ həllər nümayiş etdirilib.

Tədbirdə “AzInTelecom”un Məhsul və xidmətlər şöbəsinin müdiri Tamerlan Məşədihəsənli “Ənənəvidən rəqəmsala: SİMA vasitəsilə bank xidmətlərinin səmərəliliyinin artırılması” mövzusunda çıxış edərək bildirib ki, SİMA ilə banklar, eləcə də digər maliyyə təşkilatları bir sıra əməliyyatlarda vaxta, xərcə və kağıza qənaət etmə imkanı əldə ediblər.

Qeyd edək ki, “AzInTelecom”un təqdim etdiyi rəqəmsal həllərdən artıq Azərbaycanda 16 bank öz xidmətlərinin rəqəmsallaşdırılmasında istifadə edir. Bura filiallara getmədən kredit müqavilələrinin imzalanması, debet kartların sifarişi, şəxsiyyətin təsdiqi, əmanət yerləşdirilməsi, hesab açılması və s. kimi əməliyyatların məsafədən həyata keçirilməsi daxildir. Bundan başqa, çoxsaylı maliyyə təşkilatları da avtorizasiya və imzalama proseslərini SİMA məhsulları sayəsində rəqəmsallaşdırıblar.

“AzInTelecom” tərəfindən 2022-ci ildə yaradılan SİMA yeni nəsil rəqəmsal imza hüquqi baxımdan əl imzası ilə eyni qüvvəyə malikdir və maliyyə sektorunda iş proseslərini xeyli yüngülləşdirir. Vətəndaşlar isə əməliyyatlarını növbə gözləmədən və kağız sənədlərə ehtiyac olmadan yerinə yetirə bilirlər. SİMA rəqəmsal həllər platforması barədə daha ətraflı məlumatı sima.az saytından və ya “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.

AZCON Holding AzInTelecom Beynəlxalq Bankçılıq Forumu BBF 2025 etibarlı bankçılıq təhlükəsiz bankçılıq dayanıqlı bankçılıq rəqəmsal bankçılıq SİMA rəqəmsal imza rəqəmsal həllər bank xidmətlərinin rəqəmsallaşdırılması Tamerlan Məşədihəsənli maliyyə sektoru üçün innovativ həllər bankların rəqəmsal transformasiyası kredit müqavilələrinin rəqəmsal imzalanması debet kart sifarişi şəxsiyyətin onlayn təsdiqi məsafədən bank xidmətləri rəqəmsal avtorizasiya rəqəmsal imzalama yeni nəsil rəqəmsal imza SİMA platforması maliyyə texnologiyaları fintech həllər bank sektorunda innovasiya Azərbaycanın bank sektoru rəqəmsal transformasiya trendləri.
Chosen
11
8
marja.az

9Sources