Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC 19-20noyabrda “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” mövzusundakeçirilən 9-cu Beynəlxalq Bankçılıq Forumunda (BBF) əsas tərəfdaşolaraq iştirak edib.
Forum məkanında “AzInTelecom”un stendi qurulub, şirkətin maliyyəsektoru üçün nəzərdə tutulmuş məhsul və xidmətləri barədə tədbiriştirakçılarına ətraflı məlumat verilib. Bankların rəqəmsalinkişafını dəstəkləyən və onlara unikal üstünlüklər qazandıraninnovativ həllər nümayiş etdirilib.
Tədbirdə “AzInTelecom”un Məhsul və xidmətlər şöbəsinin müdiriTamerlan Məşədihəsənli “Ənənəvidən rəqəmsala: SİMA vasitəsilə bankxidmətlərinin səmərəliliyinin artırılması” mövzusunda çıxış edərəkbildirib ki, SİMA ilə banklar, eləcə də digər maliyyə təşkilatlarıbir sıra əməliyyatlarda vaxta, xərcə və kağıza qənaət etmə imkanıəldə ediblər.
Qeyd edək ki, “AzInTelecom”un təqdim etdiyi rəqəmsal həllərdənartıq Azərbaycanda 16 bank öz xidmətlərinin rəqəmsallaşdırılmasındaistifadə edir. Bura filiallara getmədən kredit müqavilələrininimzalanması, debet kartların sifarişi, şəxsiyyətin təsdiqi, əmanətyerləşdirilməsi, hesab açılması və s. kimi əməliyyatların məsafədənhəyata keçirilməsi daxildir. Bundan başqa, çoxsaylı maliyyətəşkilatları da avtorizasiya və imzalama proseslərini SİMAməhsulları sayəsində rəqəmsallaşdırıblar.
“AzInTelecom” tərəfindən 2022-ci ildə yaradılan SİMA yeni nəsilrəqəmsal imza hüquqi baxımdan əl imzası ilə eyni qüvvəyə malikdirvə maliyyə sektorunda iş proseslərini xeyli yüngülləşdirir.Vətəndaşlar isə əməliyyatlarını növbə gözləmədən və kağız sənədlərəehtiyac olmadan yerinə yetirə bilirlər. SİMA rəqəmsal həllərplatforması barədə daha ətraflı məlumatı sima.azsaytından və ya “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etməkmümkündür.