EN

Zelenski: Yalnız Trampın müharibəni bitirmək üçün kifayət qədər gücü var

ain.az, Ayna portalına istinadən məlumat verir.

“Ukrayna mənalı formatlarda sülh üçün çalışmağa hazırdır”

“Ukrayna mənalı formatlarda sülh üçün çalışmağa hazırdır”. AYNA.AZ xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalındakı müraciətində səsləndirib.

Ukrayna lideri qeyd edib ki, “yalnız ABŞ Prezidenti Donald Trampın müharibəni bitirmək üçün kifayət qədər gücü var”.

Dövlət başçısı səfərinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. O bildirib ki, Ukrayna Türkiyənin diplomatik işlərdə iştirakını və bütün fəaliyyətlərini yüksək qiymətləndirir. Danışıqlar zamanı liderlər davamlı və ləyaqətli sülhə aparan real yolları ətraflı müzakirə ediblər.

"Bu ilin əvvəlindən bəri biz Ukraynada Prezident Trampın bütün qətiyyətli addımlarını və liderliyini, bu müharibəni bitirmək üçün hər bir güclü və ədalətli təklifini dəstəkləmişik. Və yalnız Prezident Tramp və Birləşmiş Ştatlar müharibəni nəhayət bitirmək üçün kifayət qədər gücə malikdir", - deyə Zelenski qeyd edib.

Prezidentin sözlərinə görə, Ərdoğan müzakirə formatlarını təklif edib və o bunu dəstəkləyib. Ukrayna isə Türkiyənin bunun üçün platforma təqdim etməyə hazır olduğunu qiymətləndirir.

"Nəticə verə biləcək istənilən digər mənalı formatda işləməyə hazırıq. Lakin qan tökülməsinin qarşısını almaq və davamlı sülhə nail olmaq üçün ən vacib şey bütün tərəfdaşlarla əlaqələndirilmiş şəkildə işləməyimiz və Amerika rəhbərliyinin təsirli, güclü qalması və davamlı, insanların təhlükəsizliyini təmin edəcək bir sülh yaratmasıdır", - deyə Zelenski əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
50
ayna.az

10Sources