EN

Azərbaycan ABŞ iqtisadi əməkdaşlığının mövcud vəziyyəti müzakirə olunub

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı. 20 noyabr, AZƏRTAC

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ABŞ Dövlət Departamentinin nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan–ABŞ iqtisadi əməkdaşlığının mövcud vəziyyəti, prioritet tərəfdaşlıq istiqamətləri müzakirə olunub. Nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində əməkdaşlığın regional inkişafa töfhə verəcəyi vurğulanıb.

Tərəflər iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, enerji və qeyri-neft sektorlarında tərəfdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
26
6
azertag.az

7Sources