AZ

ABŞ Dövlət Departamentinin nümayəndə heyəti ilə görüş keçirilib

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ABŞ Dövlət Departamentinin nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan–ABŞ iqtisadi əməkdaşlığının mövcud vəziyyəti, prioritet tərəfdaşlıq istiqamətləri müzakirə olunub. Nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində əməkdaşlığın regional inkişafa töfhə verəcəyi vurğulanıb.

Tərəflər iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, enerji və qeyri-neft sektorlarında tərəfdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Seçilən
2
6
vergiler.az

7Mənbələr