EN

Azərbaycan–ABŞ iqtisadi əməkdaşlığının mövcud vəziyyəti müzakirə olunub

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ABŞ Dövlət Departamentinin nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən Bakıvaxtı.az-a bildirilib ki, görüşdə Azərbaycan–ABŞ iqtisadi əməkdaşlığının mövcud vəziyyəti, prioritet tərəfdaşlıq istiqamətləri müzakirə olunub. Nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində əməkdaşlığın regional inkişafa töfhə verəcəyi vurğulanıb.

Tərəflər iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, enerji və qeyri-neft sektorlarında tərəfdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Chosen
12
6
bakivaxti.az

7Sources