EN

İndoneziyada vulkan püskürməsindən sonra yüksək xəbərdarlıq səviyyəsi elan edilib

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 20 noyabr, AZƏRTAC

İndoneziyada Semeru vulkanının püskürməsi nəticəsində Yava adasının səması kül ilə örtülüb.

AZƏRTAC xəbər verir ki, ölkənin hakimiyyət orqanları vulkan püskürməsi ilə bağlı ən yüksək xəbərdarlıq səviyyəsi elan edib. Bölgədə yaşayan yüzlərlə insan Semeru dağının yamacları ilə axan lava səbəbindən evlərini tərk etməyə məcbur olub.

Qeyd edək ki, Yava adasının ən yüksək dağı olan 3 min 676 metr hündürlüyə malik Semeru ölkədəki təxminən 130 aktiv vulkandan biridir. O, sonuncu dəfə 2022-ci ilin sonlarında püskürüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
92
1
azertag.az

2Sources