EN

Kərim Benzema: “Real” dünyanın ən yaxşı komandasıdır” – ARENA.AZ

Səudiyyə Ərəbistanı “Əl-İttihad”ının fransalı ulduz hücumçusu Kərim Benzema keçmiş klubu “Real” (Madrid) haqda söhbət açıb.

Arena.az fransalı ulduzun müvafiq fikrini təqdim edir:

“Real” xoşuma gəlir. Hazırda onun haqda çox danışırlar, amma həmişə belə olub. Komanda heç-heçə edən kimi, məğlub olan kimi, bunu dərhal böhranla əlaqələndirirlər. Bu, adi haldır, axı onlar dünyada ən yaxşı komandadır. Bu komandanı bəyənirəm”, deyə Benzema ləzzətlə vurğulayıb.

Kərim Benzema “Əl-İttihad”a 2023-cü ilin iyununda “Real”dan azad agent qismində qoşulub. “Real”a qədər Benzema yalnız Lion “Olimpik”ində çıxış edib. Kərimin “Əl-İttihad”la müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Cari mövsümdə Benzema “Əl-İttihad”ın heyətində bütün yarışlarda 9 oyuna 5 qol vurub. Kərimin ərəb klubunun heyətində çıxışının ümumi mənzərəsi 71 oyun, 43 qol və 17 məhsuldar ötürmədən ibarətdir.

Benzemanın futbol uğurları və məşhurlaşması “Real”dakı çıxışı ilə bağlıdır. Kərim “qaymaqlılar”n heyətində 14 mövsüm keçirib. Benzema “Real”la ümumilikdə 648 oyuna çıxıb, 354 qol vurub, 165 məhsuldar ötürmə verib.

Müsəlman futbolçunun zəngin muzeyində 4 Fransa çempionluğu, 1 Fransa Kuboku, 2 Fransa Super Kuboku, 4 İspaniya çempionluğu, 3 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku, 5 Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 5 FIFA Klub Dünya Kuboku, bir sözlə, bütün ali klub yarışlarının qənimətləri var.

Kərim Benzema 2022-ci il üçün UEFA-ya görə Avropada ilin oyunçusu adını qazanıb, həmçinin 2022-ci il üçün “Qızıl top” mükafatı ilə təltif edilib, 4 dəfə (2011, 2012, 2014, 2021) Fransada ilin futbolçusu adına layiq görülüb. Həmçinin Benzema 1 dəfə Fransa Liqa 1-də və 6 dəfə İspaniya La Liqasında ilin oyunçusu seçilib.

Benzema 2007-ci ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 97 oyuna çıxıb, 37 qol vurub, 20 məhsuldar ötürmə verib. Kərim Fransanın U-17 yığmasının heyətində Avropa çempionatının qalibi olub, həmçinin “xoruzlar”ın əsas yığması ilə UEFA Millətlər Liqasını (2021) qazanıb.

“Transfermarkt” internet-portalı 37 yaşlı fransalı hücumçunun transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
Chosen
8
49
arena.az

10Sources