Bu gün futbol üzrə növbəti dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasimi baş tutub.
Arena.az xəbər verir ki, raundun yarımfinal mərhələsində üz-üzə gələcək millilər bəlli olublar.
Avropa zonası üzrə pley-off oyunları 2026-cı il martın 26-31-i aralığında keçiriləcək.
A yolu
İtaliya – Şimali İrlandiya
Uels – Bosniya və Herseqovina
B yolu
Ukrayna – İsveç
Polşa – Albaniya
C yolu
Türkiyə – Rumıniya
Slovakiya – Kosovo
D yolu
Danimarka – Şimali Makedoniya
Çexiya – İrlandiya
Bundan əlavə, qitələrarası püşkün nəticəsinə əsasən Yeni Kaledoniya – Yamayka cütünün qalibi mundiala vəsiqə uğrunda Konqo Demokratik Respublikası ilə üz-üzə gələcək. Boliviya – Surinam duelinin güclüsü isə İraqla münasibətlərinə aydınlıq gətirəcək.
Meydan sahibləri – ABŞ, Kanada, Meksika ilə yanaşı, Kurasao, Panama, Haiti Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fildişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Niderland, Almaniya, İsveçrə, Şotlandiya, İspaniya, Avstriya və Belçika DÇ-2026-nın final mərhələsində iştirak hüququ qazanıblar.
2026-cı ildə, iyunun 11-dən iyulun 19-dək keçiriləcək dünya çempionatına ümumilikdə 48 komanda qatılacaq.

