AZ

AFFA hakimi söyən Asim Quliyevi 4 oyunluq cəzalandırdı – ARENA.AZ

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, 2-ci Liqanın 9-cu turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarlarla sizi də tanış edir:

“Quba” – “Araz Saatlı” oyununda “Araz Saatlı”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün Saatlı komandası 70 manat cərimə edilib.

“Şəmkir” – “Ağdaş” oyununda “Ağdaş”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib.

“Şəki” – “Şirvan” oyununda “Şirvan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “Kür-Araz” oyununun 43-cü dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Əli Kərimov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb. “Qaradağ Lökbatan” buna görə 100 manat cərimə edilib. Oyunun 87-ci dəqiqəsində “Kür-Araz”ın futbolçusu Rəvan Quluzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb. “Kür-Araz” buna görə 50 manat cərimə ödəyəcək. Oyun bitdikdən sonra “Kür-Araz”ın futbolçusu Asim Quliyev hakimi təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb. “Kür-Araz” buna görə 1000 manat cərimələnib.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
10
49
arena.az

10Mənbələr