Qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 3-cü turun daha bir oyunu keçirilib.
Arena.az xəbər verir ki, günün yeganə oyununda “DH Volley” komandası “Murov”la üz-üzə gəlib.
Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutmuş matçın qalibi üç setdə müəyyənləşib. Rəqibini 3:0 hesabı ilə məğlub edən “DH Volley” Yüksək Liqada növbəti qələbəsini qazanıb.
Xatırladaq ki, turun ötən gün baş tutmuş ilk görüşündə UNEC “Azərreyl”i 3:0 hesabı ilə məğlub etmişdi.
3-cü tura noyabrın 21-də yekun vurulacaq. Turun sonuncu oyunu sabah Gəncə şəhərində “Gəncə” və “Turan” komandaları arasında keçiriləcək.
Yüksək Liqa
3-cü tur
20 noyabr
“DH Volley” – “Murov Az Terminal” 3:0 (25:15, 25:17, 25:22)

