EN

I Liqa: Mingəçevir səfərdə sevindi, Cəbrayıl qol yağdırdı

ain.az, Fanat portalına istinadən məlumat yayır.

Azərbaycan I Liqasında VIII tur start götürüb. 

Fanat.Az xəbər verir ki, turun açılış günündə üç oyun baş tutub. 

"Zaqatala" doğma meydanda "Şahdağ Qusar"ı qəbul edib. Oyunun taleyini ikinci hissənin ortalarında vurulan bir qol həll edib. Görüşdən meydan sahibləri qalib ayrılıblar. 

Günün mərkəzi oyununda "Mingəçevir" ilə MOİK üz-üzə gəlib. Bölgə təmsilçisi bakılılarla səfər matçında darmadağına sevinib. 

Yarım saat gec start götürən “Cəbrayıl” – “Şimal” qarşılaşmasında da məhsuldar nəticə qeydə alınıb. Meydan sahibləri 3 xalı 7 cavabsız qolla qazanıb. 

Azərbaycan I Liqası

VIII tur

20 noyabr 

“Zaqatala” – “Şahdağ Qusar” 1:0

Qol: C.Kərimov, 69.

MOİK – “Mingəçevir” 0:3

Qollar: M.Səfərov, 39; 46. K.Kalunqa, 70.

“Cəbrayıl” – “Şimal” 7:0

Qollar: N.Lobe, 8; 31. B.Soltanov, 45+1. A.Dauda, 55. S.Hüseynli, 65. A.Eli, 63. H.Həsənov, 80.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
1
fanat.az

2Sources