Fransa Superkuboku matçının tarixi və məkanı müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, Superkubok uğrunda oyunda Fransa çempionu PSJ ilə ölkə kubokunun sahibi “Marsel” qarşılaşacaq. Məlumata görə, oyun 8 yanvar 2026-cı il tarixində Küveytin paytaxtı Əl-Küveyt şəhərində yerləşən “Caber Əl-Əhməd” stadionunda keçiriləcək.
Matçın başlama saatı və hakimlər briqadası barədə əlavə məlumat sonradan açıqlanacaq.