EN

Banqladeşdə 5,5 bal gücündə zəlzələ: Ölənlər var

Banqladeşin Narsinqdi bölgəsində baş verən 5,5 bal gücündə zəlzələ paytaxt Dəkkədə üç nəfərin ölümünə səbəb olub.

Qaziler.az bildirir ki, TRT-Haber xəbər verir.

Amerika Birləşmiş Ştatları Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Narsinqdidən təxminən 14 kilometr cənub-qərbdə olduğunu bildirib.

Açıqlamaya görə, 5,5 bal gücündə zəlzələ təxminən 10 kilometr dərinlikdə baş verib.

Banqladeş Meteorologiya Departamenti paytaxt Dəkkədən təxminən 25 kilometr məsafədə baş verən zəlzələnin maqnitudasını 5,7 olaraq bildirib.

Banqladeşdə yerləşən "Dhaka Tribune" qəzetinin məlumatına görə, hakimiyyət orqanları binanın uçması zamanı hasarının altında qalaraq üç nəfərin öldüyünü bildirib.

Zəlzələnin bir çox ərazidə hiss olunduğu bildirilir.

QAZİLER.AZ

Chosen
60
4
qaziler.az

5Sources