EN

D vitamini çatışmazlığı təhlükəli nəticələrə yol açır – professor xəbərdarlıq edir

Biologiya elmləri doktoru, Piroqov Universitetinin professoru Nina Kiseleva D vitamini çatışmazlığının sağlamlıq üçün ciddi fəsadlar yaratdığını bildirib.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, bu vitamin yalnız sümüklərin möhkəmliyi üçün deyil, həm də böyrəklərin, əzələlərin və immun sisteminin düzgün işləməsi üçün vacibdir.

Professor qeyd edib ki, D vitamininin uzunmüddətli çatışmazlığı osteoporoz riskini artırır, xərçəng xəstəliklərinin inkişafı ilə əlaqələndirilir və immuniteti zəiflədir. Bundan əlavə, ürək-damar xəstəliklərinə yol açma ehtimalı da yüksəlir.

Hipovitaminoz D xüsusilə uşaqlar üçün təhlükəlidir, çünki raxitin əsas səbəbidir.

Kiseleva eyni zamanda xəbərdarlıq edib ki, D vitaminini normadan artıq qəbul etmək də təhlükəlidir. Yüksək doza hipervitaminoza səbəb olaraq kalsium mübadiləsini poza bilər və böyrəklər, ürək və qan damarlarında kalsium çökmələrinə yol aça bilər.

Mütəxəssis hər kəsə D vitamininin səviyyəsini həkim nəzarəti altında yoxlatdırmağı və yalnız fərdi tövsiyələrə uyğun qəbul etməyi məsləhət görür.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
12
8
e-saglam.az

10Sources