AZ

D vitamini ilə birlikdə qəbul edilməməli olan 4 əlavə - Mütəxəssis məsləhəti

Əgər siz D vitaminini onun çatışmazlığının müalicəsi və ya profilaktikası üçün qəbul edirsinizsə, bilmək vacibdir ki, bəzi qida əlavələri bu maddənin mənimsənilməsinə və effektivliyinə təsir göstərə bilər. 

HİT.az xəbər verir ki, bu barədə "Health" nəşri yazır.

Nəşr D vitamini ilə birləşdirilməməsi tövsiyə olunan 4 qida əlavəsini açıqlayıb:

1. Maqnezium - "ScienceDirect" nəşrində dərc olunan bir araşdırmaya görə, həddindən artıq maqnezium bədəninizdə kalsium balansını pozula bilər.

"Əgər siz maqnezium, D vitamini və kalsium əlavələri qəbul edirsinizsə, mənimsənmə uğrunda rəqabətdən qaçınmaq üçün maqnezium və kalsiumun qəbulunu bir neçə saatlığına gecikdirməyə çalışın", deyə Qidalanma və Dietologiya Akademiyasının nümayəndəsi Tereza Centile məsləhət görüb.

O, həmçinin bədəni maqneziumla qida vasitəsilə zənginləşdirmək imkanını nəzərdən keçirməyi tövsiyə edir, xüsusən də daha çox yaşıl yarpaqlı tərəvəzlər, qoz-fındiq, toxum, tam taxıl və paxlalı bitkilər istehlak etməyi.

2. Kalsium - MDPI səhifələrində dərc olunan bir araşdırma göstərdi ki, kalsium və D vitamininin eyni vaxtda qəbulu sümük sağlamlığı üçün faydalı ola bilər. Lakin həddindən artıq yüksək dozalarda kalsium D vitamininin və digər qida maddələrinin maddələr mübadiləsinə mənfi təsir göstərə bilər.

Ekspert deyir: "Əgər siz daha yüksək dozalarda kalsium qəbul etməli olursunuzsa, D vitamini və kalsium əlavələrinin qəbulu arasındakı intervalları azaltmaq, D vitamininin maddələr mübadiləsinə hər hansı potensial təsirinə qarşı mübarizəyə kömək edə bilər".

3. K vitamini - "Wiley Online Library" səhifələrində dərc olunan bir araşdırma sübut edir ki, D vitamini və K vitamininin əlavə qəbulu arasındakı disbalans, kalsiumun sümüklərdə yox, damar toxumasında həddindən artıq yığılmasına səbəb ola bilər. Zamanla bu, ateroskleroz (arteriyaların tədrici qalınlaşması və ya sərtləşməsi) kimi xəstəliklərə səbəb ola bilər ki, bu da öz növbəsində ürək tutması və ya insult riski yaradır.

Bu nəticələrdən qaçınmaq üçün K2 və D vitamininin düzgün qatılığını seçmək lazımdır. Onları gündəlik qəbulunuza əlavə etməzdən əvvəl, ekspert həkimlə məsləhətləşməyi məsləhət görür.

4. A vitamini - Həddindən artıq miqdarda A vitamini, D vitamininin əlavə qəbulundan gözlənilən faydanı aradan qaldıra bilər.

"Həm A vitamini, həm də D vitamini yağda həll olduğu üçün onların ortaq mənimsənilmə yolları var və eyni reseptorlar uğrunda rəqabət apararaq kalsium maddələr mübadiləsinə təsir göstərir", deyə Centile izah edib.

Onun sözlərinə görə, bu vitaminlərdən və ya onlardan birindən imtina etmək lazım deyil, sadəcə onların düzgün miqdarı olmalıdır - həddindən artıq olmadan. O, həmçinin A vitaminini təbii yolla, yəni kök, şirin kartof, ispanaq, qara kələm kimi beta-karotin ehtiva edən və yalnız zərurət olduqda A vitamininə çevrilən qidalarla istehlak etməyi tövsiyə edir.

Samir
 

Seçilən
3
8
hit.az

10Mənbələr