EN

Azərbaycanda vergi yükü digər ölkələrlə müqayisədə aşağıdır – Deputat

Bakı. Trend:

Vergi dövlət büdcəsinin ən təbii və sabit gəlir mənbəyidir.Dövlət büdcəsi gəlirlərinin böyük hissəsinin vergi hesabınaformalaşması, iqtisadi siyasətdə mühüm nəticə sayılmalıdır.

Trend xəbərverir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili parlamentin bugünküplenar iclasında Vergi Məcəlləsi və bir sıra qanunlarda dəyişiklikedilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, hazırda Azərbaycanda büdcə gəlirlərinin hər100 manatından 44 manatı verginin, 18 manatı isə gömrük rüsumlarıhesabına formalaşır:

“Gürcüstan dövlət büdcəsində büdcə gəlirlərinin hər 100 manatın78 manatı vergi hesabına formalaşır, Türkiyədə isə hər 100 manatın86 manatı vergi hesabına formalaşır. Bu onu göstərir ki,Azərbaycanda vergi siyasəti yumşaqdır və yük digər ölkələrləmüqayisədə aşağıdır”.

Deputat vurğulayıb ki, hazırda büdcə gəlirlərinin 7.3 milyardmanatı vergi və gömrük azadolmalarıdır:

“Onlardan 3.5 milyard manatı gömrük, 3.8 milyard manatısahibkarlıqla bağlıdır. Bu da təxminən 20%-ə bərabərdir”.

Məqalədə:
Chosen
38
az.trend.az

1Sources