EN

Milli Məclisin saxlanılmasına ayrılan vəsait açıqlandı

“2026-cı il dövlət büdcəsində Milli Məclisin və onun aparatının saxlanılması üçün 52 milyon 74 min 310 manat vəsait nəzərdə tutulub”.

"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Məclisin işlər idarəsinin müdiri Firudin Hacıyev bu gün keçirilən plenar iclasda Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib. 

“Xərclər smetasının dəyərinin 75.88%-ni əməkhaqqı fondu və əməkhaqqı ilə əlaqədar ayırmalar təşkil edir. 2025-ci ildə Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və Milli Məclisin deputatlarının xarici səfərlərinin, eləcə də ölkədaxili ezamiyyələrinin sayı xeyli artıb”, - o qeyd edib. 

"Cebheinfo.az"

Chosen
10
1
cebheinfo.az

2Sources