EN

Azərbaycanda yaradılacaq Media Mükəmməlliyi Mərkəzinin əsas məqsədi dezinformasiya ilə mübarizədir - Əhməd İsmayılov

Bakı. Trend:

Media Mükəmməlliyi Mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevintövsiyəsi və təşəbbüsü ilə yaradılır və məqsəd D-8 ölkələrindədezinformasiya və saxta xəbərlərlə mübarizə aparmaq, mediasahəsində ixtisas artırmaq, kadr hazırlığı prosesini təşkil etməkvə bu sahədə layihələr həyata keçirməkdir.

Trend xəbərverir ki, bunu bu gün Medianın İnkişafı Agentliyinin İcraçıdirektoru Əhməd İsmayılov Bakıda keçirilən D-8 Media Forumuçərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Forumun keçirilməsində məqsəd D-8 İqtisadiƏməkdaşlıq Təşkilatının üzv dövlətlərinin media subyektlərininbeynəlxalq və regional əməkdaşlığını inkişaf etdirmək,dezinformasiya və rəqəmsal mühitdə əməkdaşlığı təkmilləşdirmək vəqarşılıqlı əməkdaşlıq platforması yaratmaqdır.

“Forumda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Media MükəmməlliyiMərkəzinin yaradılması istiqamətində strateji plan müzakirə olunur.Hazırda Mərkəzin strateji planı Forum iştirakçılarına təqdimedilib. Günün sonuna qədər media ekspertlərimiz və D-8 ölkələrindənolan dövlət rəsmilərinin tövsiyələri həmin Media MükəmməlliyiMərkəzinin gələcək strateji planına daxil ediləcək”, – deyə o əlavəedib.

Məqalədə:
Chosen
78
5
az.trend.az

7Sources