EN

BERNAMA nın Baş direktoru: AZƏRTAC la media sahəsində bilik və təcrübələrimizi bölüşürük

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 12 noyabr, Aytac Haqverdiyeva, AZƏRTAC

Malayziya hökuməti hazırda media sahəsində mühüm addımlar atır. İlk növbədə, biz malayziyalı jurnalistlərə, müxbirlərə, fotomüxbirlərə, operatorlara təlim və kurslar keçirik. Məqsədimiz onları məlumatlandırmaq, süni intellekt və digər texnologiyalar vasitəsilə yaradılmış məzmunu ayırd etməyə kömək göstərməkdir.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Malayziya Milli Xəbər Agentliyinin (BERNAMA) Baş direktoru Nur-ul Afida Kamaludin deyib.

O qeyd edib ki, Malayziya və Azərbaycan Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) platformasında media sahəsində fəal əməkdaşlıq edir. “Hər iki ölkənin aparıcı media subyektləri - BERNAMA və AZƏRTAC OANA-da təmsil olunur və bu çərçivədə görüşlər keçirilir. Bu görüşlərdə biz media ilə bağlı məsələlər üzrə bilik və təcrübələrimizi bölüşürük. Media Mükəmməlliyi Mərkəzinin yaradılması yalnız BERNAMA ilə AZƏRTAC arasında deyil, həmçinin iki ölkənin media əməkdaşlığını daha da gücləndirəcək.

Bundan əlavə, belə təşəbbüslər media sahəsində peşəkarlığın yüksəldilməsinə, jurnalistlərin etik vəzifələrinin gücləndirilməsinə, eləcə də D-8 Təşkilatına üzv ölkələrdə jurnalistlərin rifahının yaxşılaşdırılmasına kömək edir”,-deyə o vurğulayıb.

Baş direktor süni intellekt biliklərinin formalaşmasında media əməkdaşlığının vacib olduğuna diqqət çəkərək bildirib: “Jurnalistlər orijinal və süni intellekt tərəfindən yaradılmış məzmunu ayırd etməyi öyrənməlidirlər. Həmçinin qeyd etmək istəyirəm ki, Malayziya hökuməti media əməkdaşlarının və jurnalistlərin rifahı üçün mühüm addımlar atır”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
37
1
azertag.az

2Sources