EN

TikTok baxışı üçün qəddar “oyunlar”da döyülən UŞAQLAR: Təhlükəli TREND – VİDEO

Paxtistanda uşaqlar TikTok görüntüləri uğrunda zorakı “oyun”larda iştirak edir.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Pakistanda TikTok-da təhlükəli trend yayılıb: uşaqları stula oturdaraq gözlərini bağlayırlar, digər iştirakçılar isə onları ard-arda döyür.

Uşaq kimin vurduğunu tapmağa çalışır, “qalib” isə ən çox zərbəyə dözən olur.

Sosial şəbəkədə izlənmə və bəyənmə qazanmaq üçün yayılan bu “oyun” uşaqlar üçün ciddi fiziki və psixoloji təhlükə yaradır.

Valideynlər və hüquq müdafiəçiləri məsələni həyəcanla izləyir, hakimiyyətdən isə bu cür zorakılıq kontentinin qarşısının alınması tələb olunur.

Ekspertlər xəbərdarlıq edir ki, trendin davamı uşaqlar arasında ağır xəsarətlərin artmasına səbəb ola bilər.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
65
interpress.az

1Sources