EN

Ölkə üzrə noyabr ayının pensiya ödənişi yekunlaşıb

Bakı, 21 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə noyabr ayının pensiya ödənişini yekunlaşdırıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, noyabrın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin digər bölgələrində yaşayan şəxslərin noyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

 

Chosen
46
9
azertag.az

10Sources