EN

“Barselona”nın “Kamp Nou” həsrəti tezliklə sona çatacaq

ain.az bildirir, Footbal-plus portalına istinadən.

Nəhayət, “Barselona”nın “Kamp Nou” həsrəti tezliklə sona çatacaq. Komanda uzun fasilədən sonra ilk dəfə yenilənən doğma stadionunda meydana çıxacaq."Football-plus.az" xəbər verir ki, kataloniyalılar İspaniya çempionatının 13-cü turunun “Atletik”ə qarşı matçını doğma stadionunda keçirəcək. Klub bu barədə rəsmi X hesabında məlumat yayıb. Tarixi oyun sabah baş tutacaq. Xatırladaq ki, “Barselona” sonuncu dəfə “Kamp Nou”da 2023-cü ildə La Liqanın 37-ci turunun “Malyorka” ilə oyununu keçirib. Həmin matç ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə nəticələnib. Nəhəng stadion iki il əvvəl yayda təmir məqsədilə bağlanandan sonra “Barselona” ev oyunlarını Luis Kompanis adına Olimpiya stadionunda keçirirdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
16
1
icma.az

2Sources