EN

Yasamalda güclü yanğın necə meydana gəlib? RƏSMİ

ain.az, Bakupost portalına istinadən məlumat yayır.

“Yasamal rayonu, Mirəli Seyidov küçəsi 19A ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın tikilinin elektrik şaxtasında baş verib və artıq tam söndürülüb”.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, bu barədə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisi, polkovnik-leytenant Nurlan İsayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hadisə ilə bağlı məlumat daxil olduqdan sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Mənzillər yanğından mühafizə olunub, sakinlər isə təhlükəsiz əraziyə tam təxliyə edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
19
15
www.bakupost.az

10Sources