EN

Məşhur məşqçi ailəsini işindən vacib sayır

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Dik Advokaat gözlənilməz qərar verib."Football-plus.az" xəbər verir ki, niderlandlı mütəxəssis DÇ-2026-nın seçmə mərhələsinin Yamayka ilə çox vacib oyunu ərəfəsində milli komandanın düşərgəsini tərk edib. Advokaatın şəxsi səbəblərə görə Kürasao yığmasının təlim-məşq düşərgəsini tərk etdiyi bildirilib. Ancaq o, taktiki məsələlər, oyunçuların idarə olunması və qarşıdakı matçla bağlı əsas qərarların verilməsində fəal iştiraka davam edəcək. 78 yaşlı çalışdırıcı Niderland mətbuatına açıqlamasında məsələ ilə bağlı belə deyib: 

“Oyunçularımı tək qoymaq son dərəcə çətin qərardı. Bununla belə, ailə futboldan daha vacibdi”.

Kürasao yığması Yamayka ilə noyabrın 19-da qarşılaşacaq. Komanda bu oyunda uduzmasa, tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanacaq. Bundan başqa, Kürasao turnirin tarixinə ən kiçik ölkənin komandası kimi düşəcək. Kürasaonun 152 min nəfər əhalisi var.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
30
1
icma.az

2Sources