EN

Tanınmış aparıcı Yasamaldakı yanğında dünyasını dəyişmiş jurnalistdən DANIŞDI

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tanınmış teleaparıcı Saleh Bağırov Yasamalda ötən gücə baş vermiş dəhşətli yanğında həyatını itirmiş Könül Vəlibəyli haqqında paylaşım edib:“Dəhşətlər içindəyəm... Bu gün gündüz saat 3:00 da Könül Vəlibəyli ilə görüşdük... Mənim üçün hazırladığı iki yeni pencəyin son tamamlama işlərini gördü, bir-iki günə təhvil verəcəyini dedi...”K.Vəlibəylinin milli geyimlərimizin inkişafı üçün çox işlər gördüyünü bildirən teleaparıcı əlavə edib:“Ayın 25 də Türkiyəyə səfərə hazırlaşdığını və 2026 cı ilə olan böyük planlarından həvəslə danışdı. Dedik, güldük, həmişəki pozitivlə ayrıldıq.Xatirimdə həmişə o gözəl təbəssümünlə, əsl insanlığınla qalacaqsan... Sən nə qərib və dəhşətsən a dünya... Ruhun şad olsun istedadlı, gözəl, təmənnasız, böyük ürəkli dostum...”

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
51
2
bizim.media

3Sources