Tanınmış teleaparıcı Saleh Bağırov Yasamalda ötən gecə baş vermiş dəhşətli yanğında həyatını itirmiş Könül Vəlibəyli haqqında paylaşım edib:
Bizim.Media xəbər verir ki, aparıcı Facebook hesabındakı paylaşımında bunları qeyd edib:
“Dəhşətlər içindəyəm... Bu gün gündüz saat 3:00 da Könül Vəlibəyli ilə görüşdük... Mənim üçün hazırladığı iki yeni pencəyin son tamamlama işlərini gördü, bir-iki günə təhvil verəcəyini dedi...”
K.Vəlibəylinin milli geyimlərimizin inkişafı üçün çox işlər gördüyünü bildirən teleaparıcı əlavə edib:
“Ayın 25 də Türkiyəyə səfərə hazırlaşdığını və 2026 cı ilə olan böyük planlarından həvəslə danışdı. Dedik, güldük, həmişəki pozitivlə ayrıldıq.
Xatirimdə həmişə o gözəl təbəssümünlə, əsl insanlığınla qalacaqsan... Sən nə qərib və dəhşətsən a dünya... Ruhun şad olsun istedadlı, gözəl, təmənnasız, böyük ürəkli dostum...”

Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta