EN

Bakıda çoxmərtəbəli yaşayış binasında tüstüdən zəhərlənənlərin son durumu açıqlanıb

Bakıda noyabrın 21-də çoxmərtəbəli yaşayış binasında baş verən yanğında tüstüdən zəhərlənənlərin son durumu açıqlanıb.

Kliniki Tibbi Mərkəzdən (KTM) "Report"un sorğusuna cavab olaraq bildirilib ki, KTM-in Təcili tibbi yardım şöbəsinə tüstüdən zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunan 27 nəfərdən 20-nə (13-ü kişi, 7-si qadın) zəruri tibbi xidmətlər göstərilib.

Məlumata görə, vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Hazırda 7 nəfərin (5-i qadın, 2-si kişi) müalicəsi Toksikologiya şöbəsində davam etdirilir. Onlardan 6 nəfərin vəziyyəti orta ağır, 1 nəfər azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, hadisə zamanı üç nəfər ölüb, 20-dən çox şəxs tüstüdən zəhərlənərək xəstəxanaya aparılmışdı.

Faktla bağlı cinayət işi başlanıb.


Chosen
20
4
azia.az

10Sources