EN

“Dortmund”un hücumçusu Premyer Liqa klublarının hədəfində

Dortmund “Borussiya”sının hücumçusu Seru Qirassi İngiltərə Premyer Liqasının iki aparıcı klubunun maraq dairəsinə düşüb. 

Apasport.az "Caught Offside”-a istinadən xəbər verir ki, 29 yaşlı forvardla “Arsenal” və “Mançester Yunayted” yaxından maraqlanır.

Gələn ilin yanvarında qvineyalı futbolçunun müqaviləsindəki 50 milyon avroluq sərbəstqalma bəndi aktivləşəcək. Bu da klublar üçün onu daha əlçatan edir.

Qirassi 2025/26 mövsümündə Dortmund təmsilçisinin heyətində 15 matça çıxıb, 7 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

"Tottenhem" "Real"ın futbolçusu üçün 85 milyonu gözdən çıxarıb

“Napoli”nin futbolçusu yenidən Premyer Liqada çıxış edə bilər

Dünya çempionu "Tottenhem"in hədəfində

Serbiya millisinin üzvü “Çelsi”yə keçə bilər

Braziliya millisinin üzvü butslarını mismardan asdı

Chosen
92
1
apasport.az

2Sources